Hövzə Xəbərin Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, İmam Musa Kazim (ə) adına mədrəsəsində keçirilən 27-ci “hövzəyə məxsus ilin kitabı” konfransının seçilmiş iştirakçıları ilə səmimi görüşdə bəzi proqram və baxılmaqda olan ideyalara toxunaraq bildirib: Hövzənin idarəçiliyində məsuliyyətə başladığı vaxtdan etibarən əməkdaşların səyi ilə həyata keçirilən onlarla yeni proqramla yanaşı, bir sıra mühüm ideyalar da irəli sürülmüşdür ki, onların bəziləri hələ icra mərhələsinə çatmamış, bəziləri isə yarımçıq qalmışdır.
Hövzə İslam elmlərində qiymətləndirmənin təşkilatçısı olmalıdır
Ölkə üzrə Elmi hövzələrin rektoru bu mühüm ideyalardan birinin “İslam elmlərində elmi qiymətləndirmə sisteminin” yaradılması olduğunu qeyd edərək deyib: Bu gün ölkədə dini kitabların qiymətləndirilməsi və reytinq qazanması üçün müəyyən mexanizmlər mövcuddur, lakin çatışmayan məqam İslam elmləri sahəsində elmi məhsulların məhz elmi hövzələrin mərkəziliyi ilə elmi qiymətləndirilməsi və reytinq qazanmasıdır.
O təkid edərək vurğulayıb ki, hövzə dini elm və ilahi maarifin inkişaf mərkəzidir və buna görə də İslam elmləri sahəsində özünəməxsus göstəricilər və reytinq sistemi hazırlayıb tətbiq etməlidir. Necə ki, dünyada müxtəlif sahələr üzrə elmi reytinq sistemləri mövcuddur, İslam elmləri sahəsində də bu məsələ hövzənin təşəbbüsü və idarəçiliyi ilə sistemləşdirilməlidir.
Ayətullah Ərafi qeyd etmişdir ki, bu layihənin ilkin hazırlıq mərhələsi əvvəlki dövrlərdə izlənilmiş və ilkin konsepsiyası hazırlanmışdır, lakin hələ tam icra mərhələsinə çatmamışdır. Ümid edirik ki, hazırkı dövrdə yekun hazırlıq işləri başa çatdırılaraq hövzənin Ali Şurasından zəruri qərarlar alındıqdan sonra layihənin həyata keçirilməsi mümkün olsun.
“İlin dini kitabı” “hövzəyə məxsus ilin kitabından" daha geniş məzmunu əhatə edir
O, " İlin dini kitabı” ideyasını tamamlayıcı, lakin eyni zamanda müstəqil bir layihə kimi dəyərləndirərək bildirmişdir ki, bu təşəbbüs çərçivəsində elmi hövzələr dini əsərləri hövzə və universitet sərhədlərindən, eləcə də İran və İrandan kənar ölkələrdə daha geniş miqyasda qiymətləndirəcəklər. Bu addım dini elmi inkişaf sahəsində hövzənin elmi istinad mövqeyinin güclənməsinə töhfə verə bilər.
Ölkə üzrə Elmi hövzələrin rektoru bu iki layihənin geniş miqyaslı olduğunu qeyd edərək vurğulayıb ki, İslam elmlərində elmi qiymətləndirmə sistemi və “İlin dini kitabı” təşəbbüsü hövzənin əsas və strateji layihələrindəndir və onların həyata keçirilməsi dəqiq layihələndirmə, elmi ictimaiyyət arasında konsensus və uyğun struktur dəstəyi tələb edir.
Universitetlərdə İslam elmlərinin genişlənməsi
Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, İslam İnqilabından sonra İslam elmləri sahəsində baş verən struktur dəyişikliklərinə toxunaraq bildirib ki, son otuz il ərzində universitetlərdə İslam elmləri üzrə təxminən 50 ixtisas formalaşmışdır. Bu ixtisaslar üzrə indiyədək 100 minə yaxın məzun yetişmiş, hazırda isə bakalavrdan doktorantura səviyyəsinədək təxminən 100 min tələbə təhsil alır.
O qeyd edib ki, bu ixtisaslar fiqh, kəlam, hədis, təfsir və digər İslam elmləri sahələrini əhatə edir. Halbuki “hövzə elmlərinin əsaslı strukturu” hazırlanmazdan əvvəl rəsmi ixtisasların sayı çox məhdud idi.
Ölkə üzrə Elmi hövzələrin rektoru vurğulamışdır ki, yeni hövzə elmləri əsaslı şəkildə müxtəlif sahələr üzrə təxminən 400 elmi istiqamət nəzərdə tutulmuş, onlardan 100-ə yaxını artıq icra mərhələsindədir. Onun sözlərinə görə, universitetlərdə İslam elmləri ixtisaslarının genişlənməsi dini biliklərin dərinləşməsi üçün mühüm fürsət yaradır, lakin bu proses strateji planlaşdırma və ciddi təhlil tələb edir.
Hövzə tələbələrinin humanitar və digər elmlərdə təhsil alması
Elmi hövzələrin rektoru hövzə tələbələrinin müxtəlif universitet ixtisaslarında təhsilinə də toxunaraq bildirib ki, son illərdə təxminən 10 min nəfər hövzə tələbəsi humanitar elmlərdən tutmuş təbiət və digər elmlərə, eləcə də texniki və texnologiya sahələrinə qədər müxtəlif istiqamətlərdə təhsil almış və hazırda da təhsil almaqda davam edirlər. Bu tendensiya hövzə elmləri ilə müasir elmlər arasında körpü yaradılması baxımından mühüm potensial formalaşdırır.
Ayətullah Ərafi qeyd edib ki, bu sahədə genişmiqyaslı plan hazırlanarsa, fizika fəlsəfəsi, təbiət elmlərinin fəlsəfəsi və digər fənlərarası istiqamətlərdə güclü elm cərəyanlarının və nüfuzlu mütəxəssislərin formalaşması mümkündür.
Hövzə tədqiqatçıları sistemində 135 min elmi əsərin qeydiyyata alınması
Elmi hövzələrin rektoru həmçinin “hövzə tədqiqatçıları və araşdırmaçıları sisteminin” yaradılması və inkişafına diqqət çəkərək bildirib ki, hazırda 24 360 nəfər hövzə tələbəsinin bu sistemdə aktivdir və 135 mindən artıq elmi əsər burada qeydiyyata alınaraq qiymətləndirilibdir.
Onun sözlərinə görə, son illərdə hazırlanaraq tətbiq olunan hövzə tədqiqatçılarının reytinq sistemi elmi fəaliyyətlərin vahid və sistemli şəkildə təşkilinə zəmin yarada bilər.
“Hövzə daxili tədqiqatçıların” dəstəklənməsi və məqsədyönlü təşəbbüslər
Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, hövzələrdə həyata keçirilən “məqsədyönlü layihə” barədə danışaraq bildirib ki, bu təşəbbüs çərçivəsində yalnız tam ştatlı müəllimlər deyil, həmçinin “hövzə daxilində tədqiqatçı” statusu da rəsmi şəkildə tanınmışdır. Bu isə o deməkdir ki, tədqiqatçılar hövzə sistemində elmi fəaliyyət göstərir və digər qurumlarda işləmirlər.
O əlavə edərək bildirib ki, hazırda təxminən 100–200 nəfər bu dəstəkdən yararlanır və müəyyən xidmət və imkanlara malikdir. Bu addım hövzə ənənəsində tədqiqat identifikasiyasının gücləndirilməsi istiqamətində mühüm bir addımdır.
Sistemin tələb etdiyi layihələrə dəstək
Ölkə üzrə Elmi hövzələrin rektoru, dövlətin ehtiyaclarına cavab verən tədqiqat layihələrinə dəstək üçün “tədqiqat layihələrinə dair dəstək ” yaradılması mövzusuna diqqət çəkərək bildirib ki, son iki-üç il ərzində bu katiblik fəaliyyət göstərmiş və təxminən 300–400 layihə və tədqiqatı dəstəkləmişdir.
O izah edərək bildirib ki, bu mexanizm çərçivəsində müxtəlif qurumların ehtiyacları müəyyən edilir və müvafiq elmi mərkəzlərə və ya qanuni və real şəxslərə yönləndirilir. Tədqiqatın nəticəsi tamamlandıqdan sonra aidiyyəti qurumlarla paylaşılır.
Hövzənin qanunvericilik və sənəd təhlilində əsas rolu
Ayətullah Ərafi həmçinin hövzənin ölkənin sənəd və qanunvericilik layihələrinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsindəki roluna toxunaraq bildirib ki, son beş-altı il ərzində təxminən 15 qanun, layihə və ya mühüm sənəd hövzə ekspertizasından keçmiş və bir sıra hallarda layihə və ya sənədin mətni tamamilə dəyişdirilmişdir.
Ölkə üzrə Elmi hövzələrin rektoru çıxışının sonunda hövzənin tədqiqatlarında açıq perspektivlər yaratmağın vacibliyini vurğulayaraq bildirib ki, elmi ictimaiyyətin birgə səyi və dəqiq planlaşdırma ilə hövzənin strateji layihələri o cümlədən, elmi qiymətləndirmə, dini əsərlərin qiymətləndirilməsi və məsələ yönümlü tədqiqatların gücləndirilməsi kimi məsələlər tam icra ediləcək və möhkəmlənəcəkdir.
Xəbərin sonu
Rəyiniz